Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda "Brent" markalı neftin bir barelinin qiyməti 105 dollara yaxınlaşıb.
Oxu.Az xəbər verir ki, bunu ticarət məlumatları sübut edir.
Məlumata görə, neftin qiyməti ABŞ-nin yanacaq ixracı üçün mühüm əhəmiyyət kəsb edən İranın Xarq adasına hücumundan sonra yüksəlib.
Qeyd olunur ki, qiymətlər 1-1.5% artıb. Bakı vaxtı ilə saat 08:36-dakı məlumata görə, may ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərsinin qiyməti 104.75 dollara çatıb.
"WTI" markalı neftin 1 barelinin qiyməti isə 97.91 dollara qədər bahalaşıb.