Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İranın XİN rəhbəri müharibəyə hazır olmağa çağırdı
İranın xarici işlər naziri Abbas Əraqçı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı ilə görüşdə düşmənə gücünü göstərmək üçün böyük silahlı münaqişənin mümkün başlanğıcına hazırlaşmağa çağırıb.
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bu barədə qurumun mətbuat xidməti xəbər verib.
Əraqçı bildirib ki, müharibəyə hazır olmaq onun baş verməsinin qarşısını alır.
"Əgər siz onun başlanmasının qarşısını almaq istəyirsinizsə, öz gücünüzü göstərməli və müharibəyə, müdafiəyə hazır olduğunuzu bəyan etməlisiniz. Bu, müharibənin qarşısını alacaq. Əgər siz qarşıdurmaya hazır olmadığınızı göstərərək ən kiçik zəiflik nümayiş etdirsəniz, siz müharibəyə vadar ediləcəksiniz", - deyə İran XİN rəhbəri əlavə edib.
"Abbas Əraqçı" teqi üzrə xəbərlər
- İran ABŞ administrasiyası ilə birbaşa danışıqlara gedə bilərmi? XİN rəhbəri şərtləri AÇIQLADI
- İran XİN rəhbərindən etiraf: "Bəşər Əsəddən dəfələrlə Türkiyə ilə danışıq aparmasını istəmişəm"
- Ermənistan İrana yeni səfir təyin edib
- Dohada Suriya vəziyyəti ilə bağlı üçtərəfli danışıqlar başlayıb
- Rusiya, İran və Türkiyə Suriya ilə bağlı görüş keçirəcəklər
Rəylər