İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Məhəmməd Rza Nəqdi İsrailin Qəzza zolağındakı əməliyyatlarını dayandırmadığı təqdirdə ABŞ-ni Aralıq dənizinin blokadası ilə hədələyib.
Onun sözlərinə görə, yaxın gələcəkdə ABŞ və müttəfiqləri “yeni müqavimət qüvvələrinin meydana çıxmasını və onlar üçün digər yolların və marşrutların, o cümlədən Cəbəllütariq boğazının bağlanmasını” gözləməlidir.
Xatırladaq ki, bundan əvvəl ABŞ İranı husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarını hazırlamaqda ittiham edib. ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Edrien Vatson bildirib ki, İran tərəfi husilərə hücumlar üçün lazım olan kəşfiyyat məlumatlarını verib.
Mənbə: gazeta.ru
Rəylər