İranlı iqtisadçı və universitet professoru Hüseyn Rağfər ölkədə dərin sosial-iqtisadi böhranın yaşandığını, təxminən yeddi milyon insanın aclıq içərisində olduğunu deyib.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
İranlı alimin sözlərinə görə, hazırkı vəziyyət tarixi aclıq dövrlərindən fərqlidir: "1940-cı illərdə aclıq Britaniya işğalı nəticəsində baş vermişdi, indi isə bu aclıq axmaqlığın, tamahkarlığın və xəyanətin nəticəsidir".
Rağfərin fikrincə, İran əhalisinin 40 faizi - təxminən 34 milyon nəfər - mütləq yoxsulluq içində yaşayır.
İqtisadçı bildirib ki, hökumət qiymət artımlarına nəzarəti itirib və inflyasiyanın qarşısını almaq üçün təsirli tədbirlər görmür.
O, xəbərdarlıq edib:
"Xalqın aclığa səssiz qalacağını düşünmək sadəlövhlükdür. İran Braziliyanın San Paulo şəhərindəki kimi dərin sosial bərabərsizliyin hökm sürdüyü cəmiyyətə doğru gedir".