Karateçimiz İrina Zaretska Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib.
Oxu.Az xəbər verir ki, 68 kiloqram çəki dərəcəsində təmsilçimiz İrina Zaretska 1/4 final mərhələsində iordaniyalı rəqibi Joud Aldrousu 5:2 hesabı ilə məğlub edib.
Yarımfinal görüşündə isə ekvatorial qvineyalı rəqibi Anne Korali Keytanı 6:3 hesabı ilə məğlub edib. O, finalda türkiyəli həmkarı Eda Eltemurla üz-üzə gələcək.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları noyabrın 21-də başa çatacaq.