İraqda artıq uşaqlar 9 yaşına qədər nikaha daxil ola bilərlər. Yeni Qanun layihəsi aprel ayının 8-də təqdim edilib və hakimiyyətdə olan və qarşıdakı seçkilərdə şiə-müsəlmanları tərəfindən dəstəyə ümid edən koalisiya tərəfindən rəğbətlə qarşılanıb.
Oxu.Az The Telegraph-a istinadən bildirir ki, cari qanunvericiliyə görə valideynlərin razılığı olmadan, nikah yaşı İraqda 18 yaş təşkil edir. 15 yaşında olanlar isə yalnız himayədarların razılığı ilə nikaha girə bilərlər.
İraqın keçmiş baş naziri Ayad Alaui aprelin 8-də bu qanunun qəbul edilməsinin qadınlarla qəddar davranışa yol açacağını deyib:
“Yeni qanun qızları 9 yaşında və ya daha tez ərə verməyə icazə verəcək. Bundan başqa qanunda hüquqları pozan başqa müddəalar da var”.
Qanun eləcə də poliqam münasibətləri tənzimləyən qaydaları müəyyənləşdirir, cavan qadınları cinsi əlaqəyə girməyə məcbur edir – kişi qadın üzərində tam hamiliyə mənsub olur.
Al-Amal (“Ümid”) xeyriyyə cəmiyyətinin fəalı Hanaa Edvar bu qanunun qəbul edilməsinə qarşı kampaniya keçirir. “Qadın yalnız seksual həzz üçün bir vasitəyə çevrilərək bütün hüquqlarını itirir” – H.Edvar deyib.
Human Rights Watch təşkilatı İraqı bu qanunu qəbul etməməyə çağırıb.
Jaafari şiə-müsəlman məktəbinin şərəfinə adlandırılmış, bu qanun layihəsinin tərəfdarları, iddia edirlər ki, yeni qanun sadəcə İraqda çoxdan mövcud olan təcrübəni tənzimləyəcək. Məmurlar isə bəyan ediblər ki, 2003-cü ildə Səddam Hüseyn rejimi devrildikdən sonra İraqda 18 yaşına qədər bağlanan nikahların sayı kəskin şəkildə artıb.
Aliyə İsmayılzadə
www.oxu.az