Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İraq İranı BMT Təhlükəsizlik Şurasına şikayət etməyə hazırlaşır - YENİLƏNİB + VİDEO
İraq hökuməti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İraq Kürdüstanının inzibati mərkəzi olan Ərbilə endirdiyi raket zərbəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına şikayət etmək niyyətindədir.
Bu barədə ərəb respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, İraq hökuməti İranın Ərbil şəhərinə yaşayış binalarına ballistik raketlər atmasını və dinc əhali arasında ölümlərlə nəticələnən hücumunu şiddətlə qınayır. Bağdad baş verənləri respublikanın suverenliyinə qarşı təcavüz kimi qiymətləndirir.
İraq hökuməti həmçinin SEPAH-ın Ərbilə endirdiyi zərbəni araşdırmaq üçün komissiyanın yaradılmasına göstəriş verib. İstintaqın nəticələri ictimaiyyətə təqdim olunacaq.
11:34
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İraqın Ərbil şəhərində ABŞ konsulluğunun yaxınlığına hava hücumu zamanı azı dörd nəfər həlak olub.
Bu barədə ABC telekanalı öz mənbələrinə istinadla xəbər verib.
Məlumata görə, ümumilikdə səkkiz obyektə hücum edilib. ABŞ ordusu və koalisiya qüvvələri arasında xəsarət alanlar yoxdur.
Bəzi məlumatlara görə, ölənlər kürd iş adamı, milyarder Peşrav Ceyi və onun ailə üzvləridir. Biznesmenin evinə raket düşüb. Kürdüstanda regional hakimiyyətə yaxın nüfuzlu iş adamı olan Peşrav Zeyinin “Mossad”la əlaqəsi olub. O, “Empire” və “Falcon Group” kimi böyük şirkətlərin sahibi idi.
Bundan əlavə, kürd kəşfiyyatının yüksəkrütbəli məmurunun evi, eləcə də kürd kəşfiyyat mərkəzi raket hücumuna məruz qalıb.
Koalisiya qüvvələri isə Ərbil beynəlxalq hava limanı yaxınlığında üç pilotsuz uçuş aparatını vurublar. Bundan sonra bombardman dayanıb.
SEPAH nümayəndələri hücumların İranda törədilmiş son terror aktlarına cavab olaraq həyata keçirildiyini bəyan ediblər.
"BMT" teqi üzrə xəbərlər
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Azərbaycanın D8-ə üzvlüyü: Yeni dünyanın qurulmasına qatılmaq üçün etimad
- Əli Əsədov: "Azərbaycan Qəzza sakinləri ilə həmrəyliyini ifadə edir"
Rəylər