İraqın şərqində sünni məscidinə hücum nəticəsində 65 nəfər həlak olub.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, silahlı adamlar cümə namazı zamanı məscidə soxulublar.
Sünni liderləri baş verənlərdə yerli hərbi komandirin konvoyuna hücumun intiqamını ala biləcək şiə yaraqlılarını günahlandırıblar.
Məscidə hücumdan sonra parlamentin iki sünni bloku yeni hakimiyyətin formalaşdırılmasında danışıqlar aparmaqdan imtina ediblər.
İraqın yeni baş naziri Hayder Əl-Abadi “İslam dövləti” ilə mübarizədə ölkəni birləşdirmək üçün sünni və kürdlərin dəstəyini qazanmaq istəyir.