İraqın cənubunda Əs-Səmava şəhərində ikiqat terror aktında ölənlərin sayı 38-ə çatıb, 86 nəfər yaralanıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bundan əvvəl 33 nəfərin öldüyü və 80-ə yaxın yaralının olduğu bildirilirdi.14:50
İraqın cənubunda Əs-Səmava şəhərində iki minalanmış avtomobilin partladılması nəticəsində ən azı 20 nəfər ölüb, daha 16 nəfər isə yaralanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə yerli Alsumaria telekanalı polisdəki mənbəsinə istinadən məlumat verir.
Məlumata əsasən, ilk partlayış inzibati binanın, ikinci isə avtobus dayanacağının yaxınlığında baş verib. Təsdiq olunmamış məlumatlara görə, ölənlər arasında uşaqlar da var.
Telekanal qeyd edir ki, Əs-Səmava şəhərinin əhalisinin əksəriyyəti şiələrdir.