İraqda toy mərasimində baş vermiş iki partlayışda 30 nəfər ölüb.
Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, bu barədə yerli administrasiya nümayəndələri məlumat yayıb.
Hadisə Tikrit şəhəri yaxınlığında, Həjjaj kəndində baş verib. İlkin məlumata görə, iki kamikadze partlayıcı qurğuları işə salıb. Nəticədə 30 nəfər həlak olub.
Hələlik baş verənlərə görə məsuliyyəti regionda fəaliyyət göstərən heç bir qruplaşma üzərinə götürməyib.
N.O.
www.oxu.az