İrəvanda Baqramyan prospektində etiraz aksiyasının iştirakçıları polis ilə danışıqlara getmək fikrində deyillər.
Oxu.Az Armenia Today-ə istinadən xəbər verir ki, yeni koordinasiya qrupu, aksiyanın keçirilmə məkanını dəyişdirmək barədə polis ilə danışıqlara getmək niyyətində deyil.
Bu barədə “Azatutyun” radiosuna koordinasiya qrupunun üzvü David Sanasaryan bildirib.
Daha öncə xəbər verildiyi kimi polis, iştirakçılara aksiyanın keçirilmə məkanının dəyişdirilməsi barədə çağırışla müraciət edib, əks halda Ermənistan Respublikasının onu üzərinə qoyduğu səlahiyyətlərindən tammiqyaslı şəkildə istifadə edəcəyi barədə xəbərdarlıq edib.