İrəvanda kişi həyat yoldaşını doğum evində qətlə yetirməyə cəhd edib.
Oxu.Az Ermənistan KİV-nə istinadla xəbər verir ki, polisin məlumatına əsasən, 33 yaşlı Ayk Vardanyan doğum evində həyat yoldaşına baş çəkib və iki dəfə qadına atəş açıb. Daha sonra o, özünü öldürüb.
Qadının vəziyyətinin çox ağır olduğu bildirilib.
Baş vermiş hadisənin səbəbləri məlum deyil.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.