Qanun layihəsi fəaliyyəti üzrə Rusiya Federasiyası hökumət komissiyası investisiyaların qarşılıqlı müdafiəsi haqqında Rusiya-Azərbaycan hökumətlərarası razılaşmanın ratifikasiyasına dair qanunu qəbul edib. Sənədə Nazirlər kabinetinin iclasında baxılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə RF Nazirlər kabinetinin rəsmi saytında bildirilib.
Rusiya və Azərbaycan hökumətləri arasında investisiyaların müdafiəsinə dair razılaşma 2014-cü ilin sentyabr ayının 29-da Həştərxanda imzalanıb.
Hal-hazırda iki ölkə arasında iqtisadi əməkdaşlıq sahəsində qarşılıqlı investisiyaların müdafiəsi və investisiya mübahisələrinin həllinə dair məsələlər tam olaraq tənzimlənməyib”, - qanun layihəsinə qoşma sənəddə qeyd edilir.
Sənədin müddəaları investisiyaların məcburi rüsumdan müdafiəsi üçün zəmanət verir, investisiyaların icbari rüsumdan müdafiə və zərərin ödənməsi mexanizmini konkretləşdirir. İnvestorların hüquqlarının məhkəmə müdafiəsi, investisiya mübahisələrini həlli prosedurları nəzərdən keçirilir.
“Razılaşmanın ratifikasiyası qarşılıqlı investisiyalar və investisiya mübahisələrinin həlli sahəsində normativ hüquqi bazanın yaradılmasına imkan verəcək, - Nazirlər kabinetində vurğulayıblar. – Sənədin qüvvəyə minməsi Rusiya və Azərbaycan investorlarına uzunmüddətli sabitlik və hüquqi məkanda sakitlik, investisiya və ölkələr arasında iqtisadi-ticarət əməkdaşlığının fəallaşmasına vasitə olacaq”.