İrlandiyanın Dublin şəhərində arzuların vakansiyası adlandırıla biləcək vakansiya açılıb, “Just Cats” veterinar klinikası bütün gün pişikləri qucaqlaya biləcək işçi axtarır.
Oxu.Az “Meduza”ya istinadən xəbər verir.
Namizəd pişikləri sevməli, zərif əllərə və yumşaq səsə sahib olmalı, pişikləri uzun müddət sığallamağı və onların səslərinin fərqini seçə bilməlidir.
Əsas şərt isə veterinar sahədə biliklərə sahib olmalıdır. “Pişikləri qucaqlayan” ən narahat və əsəbi pişikləri sakitləşdirməlidir.
Məvacib və iş gününün saatı barədə elanda məlumat yoxdur.

N.О.
www.oxu.az