Dublində irlandiyalı qızın afrikalı miqrant tərəfindən zorlanması səbəbindən alovlanmış iğtişaşlar artıq ikinci gündür davam edir.
Oxu.Az xəbər verir ki, bu barədə Britaniyanın "Sky News" telekanalı məlumat verib.
Təxminən iki min etirazçı qaçqınların yaşadığı "Citywest" hotelinə yaxınlaşaraq, polislə qarşıdurmaya girib. Onlar asayiş keşikçilərini daş, butulka və fişəng atəşinə tutublar, polis furqonunu yandırıblar. Üstəlik, lazer aparatı ilə polis helikopterinin heyətini kor etməyə çalışıblar.
Polis etirazçılara qarşı su şırnaqlarından istifadə etmək məcburiyyətində qalıb.
Polis komissarı Castin Kelli baş verənləri kütləvi xuliqanlıq adlandıraraq bildirib ki, fəal iştirakçılar müəyyən edilərək məsuliyyətə cəlb olunacaqlar.