Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

“İrma”qasırğası Floridada milyonlarla sakini elektrik enerjisiz qoydu
ABŞ-ın Florida ştatında tüğyan edən “İrma” qasırğası 3 milyondan çox sakini elektrik enerjisiz qoyub.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, ştatın bəzi ərazilərində suyun səviyyəsi 2,5 m qalxıb.
Ən çox zərər çəkmiş ərazilərdən əhalinin evakuasiyası davam edir. İkinci kateqoriyayadək zəifləyən qasırğanın sürəti saatda 175 kilometrədək enib. ABŞ prezidenti Donald Tramp “İrma” qasırğası ilə əlaqədar Florida ştatını təbii fəlakət zonası elan edib.
A.S.
www.oxu.az
"Donald Tramp" teqi üzrə xəbərlər
Ən çox oxunanlar