Hadisə Şimali İrlandiyanın Nyutaunards şəhərində baş verib.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Naməlum şəxslər donuz başını islam mərkəzinin qapısının önündə buraxaraq, binanın divarlarında islamofob qraffitilər də çəkiblər. Hər iki hadisə nifrət zəminində törədilmiş cinayət kimi araşdırılır.

E.C.
www.oxu.az