Bakıda iyul ayında kirayə mənzillərin qiyməti azalıb.
Oxu.Az xəbər verir ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, kirayə mənzil bazarında qiymətlərdə ay ərzində azalma 1,98 faiz, il ərzində 5,65 faiz təşkil edib.
N.İbrahimov bildirib ki, obyektlərin icarəsi bazarında qiymətlərdə ay ərzində 1,67 faiz, il ərzində 10,24 faiz azalma olub. Ümumi daşınmaz əmlak bazarında ay ərzində 3,54 faiz, il ərzində isə 10,75 faiz ucuzlaşma müşahidə olunub.
O qeyd edib ki, qiymətlərin aşağı düşməsini yay mövsümü ilə əlaqələndirmək olar: "Yay ayları olduğundan daşınmaz əmlak bazarında aktivlik xeyli aşağı düşüb".
E.Ə.
www.oxu.az