Rusiyalı preventiv təbabət mütəxəssisi və həkim Anastasiya Samoylova insanın gərgin iş həftəsindən sonra fizioloji olaraq tam bərpa olunması üçün nə qədər vaxta ehtiyac duyduğunu açıqlayıb.
Oxu.Az bu barədə "İzvestiya" qəzetinə istinadən xəbər verir.
"Həqiqi biokimyəvi yenilənmə üçün tam 72 saat tələb olunur", - deyə Samoylova vurğulayıb.
Mütəxəssis əlavə edib ki, iki günlük istirahət yalnız psixoloji rahatlama üçün kifayətdir, fizioloji bərpa üçün isə yetərli deyil. Onun sözlərinə görə, yalnız istirahətin ikinci-üçüncü günündə yuxu rejimi normallaşır və orqanizmdəki sistemli iltihab prosesləri azalmağa başlayır.
Samoylova qeyd edib ki, onun fikrincə, ideal iş həftəsi beş deyil, dörd iş günü və üç istirahət günündən ibarət olmalıdır.
Əgər şəxs üç gün istirahət edə bilmirsə, həkim heç olmasa iki istirahət günündən birini "informasiya sükutu" şəraitində keçirməyə çağırıb.