İŞİD terror qruplaşmasının silahlıları Liviya telekanalının (Libyan TV) 5 jurnalistini öldürüb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə hərbi mənbələr bildirib.
Jurnalistlərin meyitləri Bayda şəhərinin yaxınlığında aşkar olunub.
Benqazi şəhərinə yollanan jurnalistlər ötən ilin avqust ayından etibarən itkin düşmüş hesab edilirdilər.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin