İŞİD terror qruplaşması İraqın paytaxtı Bağdadda baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə İraqın güc strukturlarındakı mənbə Reuters agentliyinə bildirib.
Xəbər verildiyi kimi, aprelin 28-də Bağdadın mərkəzində minalanmış avtomobil partladılıb. Hadisə nəticəsində 6 nəfər ölüb, 7 nəfər yaralanıb.
Z.Q.