“İslam dövləti” yaraqlıları 10 dəqiqəlik video paylaşıblar. Bu videoda 12-13 yaşlı yeniyetmələr Suriya ordusunun 25 əsgərini edam edirlər.
Oxu.Az bu barədə Daily Mail-ə istinadən xəbər verir.
Suriya səhrasında Palmirdə yerləşən qədim amfiteatrdakı kütləvi edamı yüzlərlə insan izləyib.
AFR-nin məlumatına görə, əsir suriyalılar Palmir islamçıları tərəfindən mayın sonunda edam edilib. O dövrdən indiyə qədər yaraqlılar dinc sakinlər də daxil olmaqla iki yüzə yaxın adamı edam ediblər.