“İslam dövləti” (İŞİD) terror qruplaşması Suriyanın Palmir şəhərində qədim məbədin bir hissəsini dağıdıb, Reuters monitorinq qrupuna istinadən xəbər verir.
Oxu.Az xəbər verir ki, yaraqlılar Bela məbədini hədəf seçiblər, məbəd Qədim Roma dövründə tikilib, bu barədə Suriyada insan haqları üzrə təşkilat bildirib.
Zərərin miqyası hələlik məlum deyil.
Bela məbədi ali tanrıya həsr edilib, məbəd Suriyanın Tadmor şəhərinin xarabalıqları kompleksinə daxildir.
Şəhərin əsas müqəddəs ocağı olan məbəd şərq və antik memarlığın sintezi idi. Məbəd bizim eranın 32-ci ilində tikilib və şəhərin ən qədim tikililərindəndir.