“İslam Dövləti” (İŞİD) yaraqlıları Suriyanın Palmir şəhərində UNESCO-nun mühafizəsi altında olan antik məbədi partladıblar, Oxu.Az xarici KİV-ə istinadən xəbər verir.
“İslamçılar Baal-Şamin məbədində çoxlu partlayıcı maddə yerləşdiriblər, partlayışdan məbədə böyük ziyan dəyib”, - beynəlxalq təşkilatın nümayəndəsi Maamun Əbdülkərim bildirib.
Daha öncə UNESCO-da bəyan etmişdilər ki, İŞİD İkinci Dünya Müharibəsi dövründən qalan mədəniyyət abidələrinə böyük ziyan vurub.