Ukraynada keçirilən “Ukraynanın səsi” müsabiqəsinin iştirakçısı azərbaycanlı ifaçı Vaqif Nağıyevin toyu olub.
Oxu.Az xəbər verir ki, Ukraynada baş tutan mərasimdə müğənni Çingiz Mustafayev və dicey Çingiz Mustafayev də iştirak ediblər.
Qeyd edək ki, ifaçının xanımının adı Elmira Əliyevadır. O, Odessada yaşayır. Elmira İ.İ. Meçnikov adına Odessa Milli Universitetini bitirib.