“İslam Dövləti” (İD) internetdə daha bir şokedici qətl videoyazı yayıb. İraq kürdlərinə dərs vermək üçün əsgər qətlə yetirildi
Oxu.Az xəbər verir ki, islamçıların əsir düşən kürd əsgərinin başını kəsdikləri Britaniyanın Guardian nəşri bildirib.
Bu qətl İraq kürdlərinin Vaşinqton ilə hərbi əməkdaşlığa son qoymaları üçün dərs xarakterini daşıyırdı. “Amerika-kürd alyansının liderlərinə qanlı namə” adlanan bu video 15 nəfər narıncı geyimli adamın İD bayrağının ətrafında dayanmasını əks etdirən kadrlarla başlayır onlardan üçü regionla kürd prezidenti Massud Barzaniyə müraciət edərək ABŞ ilə hərbi əməkdaşlığa son qoymağa çağırır. “Sizin istənilən səhfiniz və düşününlməmiş hərəkətiniz bizim ölümümüzə mail ola bilər”, - kişilərdən biri deyir.
Daha sonra kadrda üç qara geyimli, üzü bağlı adam peyda olur. Onlar məscidin qarşıdsında dayanaraq dizi üstə oturmuş narıncı geyimli adamın başını kəsirlər.
Bu video internetdə jurnalist Ceyms Foulinin edam səhnəsindən sonra yayılıb.
Bundan başqa islam yaraqlıları internetdə onlarla insanın silah altında səhrada aparılmasını əks etdirən foto və video yayıblar. Ehtimal edilir ki, bu əsir düşmüş suriya əsgərləridir. Bu kadrları 200-dən artıq adamın qumun üzərində ölü uzandıqlarını əks etdirən kadrlar əvəz edir. İD yaraqlıları Suriya və İraq arasında sərhədə nəzarət edirlər. BMT-də hesab edirlər ki, İD bütün Yaxın Şərq üçün təhlükədir, onların uşaqları istismar edib yaraqlı kimi istifadə etmələri də iddia edilir.