“İsalm Dövləti” (İŞİD) terror qruplaşmasının döyüşçüləri fərariliyə görə yeddi nəfəri edam ediblər.
Oxu.Az-ın məlumatına görə, bu barədə Fars agentliyi ərəb KİV-lərinə istinadən xəbər verir.
Nəşrin məlumatına əsasən, İraqın Mosul şəhərində Salah-əd-Din vialyətində döyüş meydanından qaçan yaraqlıların əl və ayaqlarını bağlayıb qaynar su olan çəlləklərə yerləşdiriblər. Terrorçular qaynayan suda diri-diri yanıblar.
Fars nəşri qeyd edir ki, iyunun ortalarında İŞİD Əl-Fəllucada döyüş meydanını tərk edən silahlıları da edam etmişdi. “İslam Dövləti”nin məhkəməsi onlara ölüm hökmü çıxardıqdan sonra yaraqlıları güllələnmə yolu ilə öldürmüşdülər.