Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İŞİD-in ən çox axtarılan beş başçısı yaxalanıb
ABŞ xüsusi xidmət orqanları İŞİD qruplaşmasının ən çox axtarılan beş başçısını yaxalayıb.
Oxu.Az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz “Twitter” səhifəsində açıqlayıb.
Mayın 9-da “The New York Times” qəzeti məlumatlı mənbəyə istinadən dörd iraq və bir suriya vətəndaşından ibarət beş İŞİD liderinin ələ keçdiyi xəbərini yaymışdı.
Mənbənin məlumatına görə, onların həbs olunması ilə yekunlaşan (ABŞ və İraq xüsusi xidmət orqanları tərəfindən aparılan) əməliyyat üç aya yaxın davam edib.
Terrorçu başçıların kimlikləri hələ ki, açıqlanmır.
F.M.
www.oxu.az
"Donald Tramp" teqi üzrə xəbərlər
- Tramp inauqurasiya yerini dəyişdi
- ABŞ-də "TikTok"un taleyini kim həll edəcək - Bayden, yoxsa Tramp?
- Tramp inauqurasiya mərasimi üçün tarixi ənənəni pozdu
- Peskov Trampın dövründə Rusiyaya qarşı sanksiya siyasəti barədə: "Nikbinliyə qapılmaq lazım deyil"
- Ağ Evi tərk edən Baydendən son gediş: Trampın xoşuna gəlməyənlərin əfvini düşünür
Ən çox oxunanlar
Rəylər