“İslam dövləti” (İŞİD) terror qruplaşması Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Bu gün səhər Kabildə prezident sarayının və xarici səfirliklərin yaxınlığında güclü partlayış baş verib. Tikililərin bir çoxuna, o cümlədən Fransa və Almaniya səfirliyinə zərər dəyib. KİV-in məlumatına görə, partlayış zamanı ölənlərin sayı 90-a çatıb, 380 nəfər isə yaralanıb.
Əfqanıstan DİN-in ilkin məlumatına görə, bomba su daşıyan avtosisternə qoyulub.
N.О.
www.oxu.az