İraqın müdafiə nazirliyi İslam Dövləti (İŞİD) qrupunun ikinci hərbi liderinin öldürüldüyünü xəbər verir.
Oxu.Az AzadlıqRadiosu-na istinadən xəbər verir ki, o, ölkənin şərqində ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin keçirdiyi hava əməliyyatı zamanı ölüb.
Nazirliyin sözçüsü Tahsin İbrahimin mayın 13-də verdiyi məlumata görə, Tal-Afar şəhərindəki məscid vurularkən, yaraqlıların ikinci lideri Abdul Rahman Mustafa Mohammed də orda olub. O, həm də Abu Alaa al-Afri kimi tanınır.
İbrahimin sözlərinə görə, Abdul Rahman Mustafa Mohammed həmin vaxt məsciddə yaraqlılarla görüş keçirirmiş.
Əməliyyatda eyni zamanda onlarla yaraqlının öldüyü də bildirilir.
ABŞ rəsmiləri hələlik məlumata münasibət bildirməyib.