İŞİD terror qruplaşması kimyəvi silahın hazırlanması üçün İraq, Suriya və digər regionlardan olan alimlərin köməyi ilə tədqiqat və təcrübələr aparır.
Oxu.Az-ın Associated Press-ə istinadən məlumatına görə, bu barədə ABŞ və İraq kəşfiyyatının əməkdaşları bildiriblər.
Məlumata əsasən, İŞİD yaraqlıları İraq və Suriyada döyüşlərdə xardal qazından istifadə edirlər.
Fransanın baş naziri Manuel Vals qeyd edib ki, terrorçuların kimyəvi və bioloji silahdan istifadə etmələri istisna edilmir.