İspan polisi Venesueladan İspaniyaya yola düşən gəmidə 1,5 ton kokain aşkar edib, 16 nəfər, o cümlədən də məşhur narkotik alverçisi həbs edilib.
Venesuela bayrağı altında üzən gəmi Atlantik okeanında Kabo-Verdenin 80 mil qərbində saxlanılıb.
“La Voz de Galicia” qəzetinin məlumatına görə, onun göyərtəsində 9 nəfər olub, Oxu.Az bu barədə RİA “Novosti”yə istinadən xəbər verir.
Xüsusi əməliyyatı Qalisiyanın (İspaniyanın şimalı) xüsusi reaksiya bölüyünün əməkdaşları keçiriblər, onların vəzifələrinə mafiya, cinayətkarlıq və narkotik alveri ilə mübarizə daxildir.
Yükün dəyəri 150 milyon avrodur.
Göyərtədə 49 kakoin bağlaması olub, onları artıq Qalisiyaya çatdırıblar, gəminin özü isə Atlantik okeanındadır və İspaniya sahillərinə doğru hərəkət edir.
Həbs olunanlar arasında bir neçə narkotik alverçisi, o cümlədən də “Mul” ləqəbli Rafael Buqalyo var. O, əvvəllər dəfələrlə narkotik alverinə, çirkli pulların yuyulmasına görə həbs cəzası çəkib.
Axtarışlar və həbslər Pontevedra əyalətində - Qalisiyanın bir sıra yaşayış məntəqələrində aparılıb.