Kriminal aləmdə Rövşən Lənkəranski adı ilə məşhur olan azərbaycanlı “qanuni oğru” Rövşən Caniyevin İrəvan “sxodka”sında titulunun əlindən alınması barədə xəbər həqiqətə uyğun deyil.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a oğru dairələrinə yaxın olan mənbə xəbər verib.
Xatırladaq ki, yanvar ayının 5-də İrəvanda oğru “sxodka”sı start götürüb.
“Praym Kraym” nəşri öncə “sxodka”nın Moskvada baş tutacağını bildirmişdi. Amma paytaxt hüquq-mühafizəçiləri avtoritetlərə xəbərdarlıq edərək bütün lazımi tədbirləri gördülər. Nəticədə isə İrəvanda görüşmək qərara alındı.
Oğru “forumu” 100-ə yaxın kriminal nümayəndəni yüksək səviyyədə qəbul etməyi düşünürdü. “Sxodka”nın təşəbbüskarları 61 yaşlı “qanuni oğru” Zaxari Kalaşov (Şakro Molodoy ispan həbsxanasından keçən ilin oktyabr ayında qayıdıb), Oleq Şişkanov (Şişkan) ilə bərabər yanvar ayının 4-də İrəvana qayıdıb. Bir müddətdən sonra onlara “qanuni oğrular” Vadim Sabrekov (Çeburaşka) və Andrey Miroyedov (Mirıç) qoşulub. Çeçen Hüseyn Əhmədov (Slepoy) da orada olub.
Amma sonradan məlum olub ki, əsas olan “Ded”in sələfləri – sıktıkvarlı Yuri Piçuqin (Piçuqa), Vasili Xristoforov (Voskres), Robinzon Arabuli (Robinzon) və digərləri də “sxodka”ya gəliblər. “Sxodka”ya yunan, türk və Moskva qruplaşmalarının liderləri gələ bilməyiblər.
Piçuqinin və Xristoforovun gəlməmələrinin səbəbi məlum deyil. Yanvar ayının 5-də Komi Respublikasının Ust-Vımsk rayonunda Piçuqinin kiçik qardaşı – Oleq Piçuqin intihar edib. Bununla əlaqədar olaraq “qanuni oğrular” Komiyə dəfn mərasiminə yollanıblar.
Ona görə də Zaxari Kalaşov tərəfindən “sxodka”nı daha əlverişli zaman üçün təxirə salmaq qərarı qəbul edilib. “Sxodka” baş tutacaq, amma bunun harada və nə vaxt olacağı məlum deyil.
“İrəvandakı görüşdə heç bir qərar qəbul edilməyib. Rövşən Lənkəranskinin adı da alınmayıb. Yeri gəlmişkən, Rövşənin dostları – “qanuni oğrular” Georgi Uqlava (Taxi) və Kaxaber Parpaliya (Kaxa) da İrəvana gəliblər, amma “sxodka”nın olmadığını görüb geri qayıdıblar. Heç bir qiyabi qərar qəbul edilməyib”, - mənbə qeyd edib.
Xatırladaq ki, 2012-ci ildə “Ded”in adamları Rövşənin titulunun əlindən alınmasına cəhd ediblər. Qərar qiyabi qəbul edilmişdi, amma heç bir qüvvəyə malik deyildi. Çünki “qanuni oğru”nun özü olmadan onun titulu barədə hər hansı bir qərar qəbul etmək düzgün deyil. Mənbənin fikrincə, Rövşən Lənkəranskinin adının alınması informasiyası Caniyevin rəqibi – Nadir Səlifovdan (Lotu Quli) çıxa bilərdi, o, hal-hazırda №8 cəzaçəkmə koloniyasındadır.
Zaxari Kalaşov tərəfindən verilən yeganə sərəncam gələn “sxodka”ya, 2008-ci ildən bu yana ad alan bütün cavan “qanuni oğruları” da çağırmaqdır. Verilən titullara yenidən baxılma qərarına Şakro Molodoy bu adların müxtəlif qruplaşmalar tərəfindən şübhə altına alınmasından sonra gəlib.
Bununla yanaşı, Rövşən Lənkəranskinin adının alınmasına, Caniyevin maraqlarını müdafiə edən vəkil Abdul Bağırov da inanmır. Onun sözlərinə görə, qiyabi şəkildə ad alınmır. Bundan başqa bu informasiya Rövşən Lənkəranskini düşünülməmiş addımları atmağa təhrik etmək üçün də yayıla bilərdi.
Hal-hazırda Bağırov Caniyevin vəkili deyil, belə ki, onun Azərbaycan ərazisində qanunla heç bir problemi yoxdur. Amma, bəzən Caniyev onunla bəzi hüquqi məsələlər üzrə məsləhətləşir.
Qeyd edək ki, keçən ilin sonunda - Məhərrəmlikdə Caniyevin Azərbaycana gəlməsi haqqında məlumat da həqiqətə uyğun deyil.
E.Ə.