İki radioaktiv mənbənin olduğu avadanlıq itib.
Oxu.Az İspaniyanın ABC telekanalına istinadən xəbər verir ki, bu barədə İspaniyanın Nüvə Təhlükəsizliyi üzrə Şurası bildirib.
Radioaktiv materiallar torpağın qalınlığını və nəmliyini yoxlamaq üçün avadanlıq ilə eyni çamadanda olub. O, Sevilyada park edilmiş avtomobildən oğurlanıb.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin təsnifatına müvafiq olaraq, radioaktiv maddələr dördüncü dərəcəli təhlükə kateqoriyasına aiddir.
Bu qəbildən olan radioaktiv mənbələr əgər bağlı kapsula içində olarsa, insanlar üçün təhlükəli olmadığı hesab edilir. Onlar kapsuladan çıxarıldıqda və ya kapsula zədələndikdə təhlükə doğurur.