Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.
Dövlət Neft Fondundan (SOFAZ) Oxu.Az-a verilən məlumata görə, SOFAZ tərəfindən 100 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
Bu vəsaitdən 28,35 milyon ABŞ dolları məbləğində vəsait 5 banka satılıb.
İl ərzində SOFAZ tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.