Toledo əyalətində ən azı 68 nəfərin həyatına son qoyan dəmir yolu faciəsindən sonra İspaniyanın paytaxtı Madriddə kütləvi iğtişaşlar başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə İspaniya mətbuatında məlumatlar yayılıb.
Qeyd olunur ki, dünən axşam saatlarında 1 500-ə yaxın etirazçı İspaniyanın Nəqliyyat Nazirliyinin binası qarşısına toplaşıb. Nümayişçilər Baş nazir Pedro Sançes hökumətinin və nəqliyyat qurumunun rəhbəri Oskar Puentenin istefasını tələb ediblər. Aksiya iştirakçıları rəsmiləri bu faciəyə səbəb olan səhlənkarlıqda günahlandırıblar.
Etiraz edənlər arasında ultrasağçı hərəkatların nümayəndələri üstünlük təşkil ediblər. Hüquq-mühafizə orqanları kütləni dağıtmaq məqsədilə gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilər uzun müddət ərazini tərk etməkdən boyun qaçırıblar və gərgin vəziyyət gecəyarısına qədər davam edib.
Xatırladaq ki, dünən Urda yaşayış məntəqəsi yaxınlığında iki sürətli sərnişin qatarı toqquşub. Qəza nəticəsində ən azı 68 nəfər həlak olub, xeyli insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisənin ilkin səbəbi kimi hərəkəti idarəetmə sistemindəki nasazlıqdan sonra baş verən insan amili göstərilir.