Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində VAZ-2106 markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.
Oxu.Az-ın məlumatına görə, hadisə nəticəsində avtomobilin sürücüsü 1984-cü il təvəllüdlü Dünyamin Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Yusuf Məmmədli
Qaynar xətt:
(055) 224 12 12