Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
İran bu gecə İsraildən güclü zərbə gözləyir.
Oxu.Az xəbər verir ki, bu barədə "Antikor" məlumat yayıb.
Buna səbəb kimi oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan düz bir il ötməsi göstərilir.
İran artıq 20:30-dan səhər saat 5:30-a kimi öz ərazisi üzərində mülki aviasiya uçuşlarına qadağa qoyub.
İsraildə həftə ərzində İrandakı nüvə, enerji və hərbi obyektlərə hücumların müxtəlif ssenariləri müzakirə edilir. Bu barədə jurnalistlərə yəhudi dövlətinin BMT-dəki daimi nümayəndəsi Denni Danon məlumat verib.
"Biz hələ də bunu müzakirə edirik, konkret yer və cavab metodu seçəcəyik", - o müvafiq suala cavab verib.
Qeyd edilir ki, ABŞ və Rusiyadan çəkindirici siqnallar olub, lakin onların İsrailin planlarına təsir edib-etməyəcəyi hələ aydın deyil.