İsrail ordusu Tehranda yeni genişmiqyaslı hücum dalğasının başlandığını elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hücumun hədəfləri İran paytaxtındakı dövlət infrastruktur obyektləridir.
İsrail Hərbi Hava Qüvvələrinin onlarla qırıcı təyyarəsi İranın üç fərqli şəhərində - Tehran, Şiraz və Təbrizdə infrastruktura zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Ordusunun (SAXAL) mətbuat xidməti məlumat verib.
Xəbərə görə Tehranda İran rejiminin təhlükəsizlik aparatına məxsus komanda mərkəzlərinə, o cümlədən Kəşfiyyat Nazirliyi və "Bəsic" qüvvələrinə onlarla aviasiya zərbələri endirilib.
"Bundan əlavə, PUA-ların, ballistik raketlərin və hava hücumundan müdafiə sistemlərinin saxlanması və buraxılması üçün istifadə olunan obyektlərə də zərbələr endirilib. Şirazda zərbələr zamanı Daxili Təhlükəsizlik Qüvvələrinin komandanlıq mərkəzi və raket bazası vurulub. Təbrizdə əlavə hava hücumundan müdafiə sistemləri məhv edilib, regionda hava üstünlüyünü daha da gücləndirib və İsrail dövlətinin müdafiəsini təmin edib. Bu zərbələr İran rejiminin əsas sistemlərinə dəyən ziyanı dərinləşdirmək və İsraili təhdid etmək qabiliyyətini zəiflətmək məqsədi daşıyan davam edən səylərin bir hissəsidir", - deyə İsrail Müdafiə Qüvvələrinin bəyanatında bildirilir.
İsrail Müdafiə Qüvvələri (SAXAL) Tehrana qarşı yeni genişmiqyaslı hücumlar həyata keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti məlumat yayıb.
Bəyanata görə, bu zərbələrin hədəfi İran paytaxtındakı hökumət infrastrukturlarıdır.
Bundan başqa məlumatda qeyd olunub ki, İsrail ordusu Beyrutda "Hizbullah" hərəkatının bir sıra obyektlərinə də zərbələr endirməyə başlayıb.