Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İsrail ordusu Bəndər-Abbasa zərbələr endirib
İsralin Müdafiə Qüvvələri (SAXAL) İranın Bəndər-Abbasdakı hərbi dəniz bazasına hücum edib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrailin "Kanal 12" televiziyası məlumat yayıb.
Məlumata görə, İsrail qırıcıları Bəndər-Abbasda PUA və silah anbarına zərbələr endiriblər. Bildirilir ki, bu zərbələrlə İsrail İranın Hörmüz boğazını bağlamaq imkanlarını məhdudlaşdırmağa çalışır.
Qeyd edək ki, Bəndər-Abbas İranın ən mühüm liman şəhəridir. Dünya neft ticarətinin 20%-nin keçdiyi liman Fars körfəzində Hörmüz boğazı yaxınlığında yerləşir.
2025-ci il iyunun 13-dən etibarən İsrailin İran ərazisinə birbaşa zərbələr endirməyə başlamasından sonra İranın 17 aparıcı nüvə alimi öldürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə İsrailin "Kanal 12" telekanalına istinadən "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Bildirilib ki, öldürülən alimlərin əksəriyyəti "təhlükəsiz evlər" adlandırılan xüsusi mühafizə olunan və böyük ehtimalla etibarlı obyektlərdə yerləşən yerlərdə hədəfə alınıb.
Eyni zamanda, bu müddət ərzində Tehran dəfələrlə İsrailə işləyən onlarla casus və agentin saxlanıldığını bəyan edib. Lakin İsrail mənbələrinin məlumatına görə, bu mürəkkəb kəşfiyyat əməliyyatlarına hazırlıq indiki eskalasiyadan bir neçə il əvvəl başlanıb.
İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr hazırda İranın cənub-qərbindəki hərbi infrastruktura zərbələr endirir.
Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyinə istinadən İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.
Hazırda hadisə ilə bağlı əlavə təfərrüat açıqlanmayıb.
Bundan əlavə, İsrail İran Qızıl Aypara Cəmiyyətinə məxsus helikopterə də hücum edib.
İsrail aviasiyası İranın Şiraz şəhərində yerləşən hərbi mərkəzə zərbələr endirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İSNA agentliyi məlumat verib.
Məlumata görə, zərbədən sonra hərbi obyektin ərazisində yanğın başlayıb. Ölən və yaralanan olmayıb. Digər təfərrüat verilməyib.
İsrail İranın Qum şəhərinə zərbələr endirib. Nəticədə iki nəfər, o cümlədən 16 yaşlı yeniyetmə ölüb, daha dörd nəfər yaralanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İran mətbuatı məlumat verib.
İran dövlət televiziyasının məlumatına görə, hücum Salariya rayonunda baş verib.
Qərb KİV isə ona diqqət çəkir ki, İranın Fordodakı ən böyük nüvə obyektlərindən biri Qum yaxınlığında yerləşir.
Bildirilir ki, partlayış səsləri İranın İsfahan şəhərində də eşidilib. Şəhərdə hava hücumundan müdafiə sistemi işə düşüb.
Həmçinin qeyd edildiyinə görə, İsfahanda İranın ən böyük nüvə tədqiqatı kompleksi yerləşir ki, o da artıq İsrailin zərbələrinə məruz qalıb.
Xatırladaq ki, daha əvvəl İsrail Müdafiə Qüvvələri (IDF-SAXAL) İranın mərkəzindəki obyektlərə yeni silsilə zərbələrin başlandığını elan etmişdi.
"İsrail Hərbi Hava Qüvvələri İranın mərkəzində yerləşən raket anbarlarına və buraxılış infrastrukturuna bir sıra zərbələr endirib", - deyə SAXAL nümayəndəsi bildirib.
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İranın ali rəhbəri düşmənlərini daha güclü zərbə ilə hədələdi
- İsrail İrana ikinci hücuma hazırlaşır
- İsrailin İrana zərbələri zamanı Pezeşkianın yaralandığı məlum olub
- Netanyahu Trampa xəbərdarlıq edib: İsrail İrana qarşı yeni zərbələr endirməyə hazırdır
- İsrailli məmur: "Hücumlardan sonra İranda zənginləşdirilmiş uranın bir qismi qalıb"