Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İsrail müdafiə nazirindən qalmaqallı paylaşım: Öldürülən HƏMAS liderinin adının üstündən xətt çəkdi
HƏMAS-ın hərbi lideri Muhəmməd əd-Deyfin öldürüldüyü açıqlanan dəqiqələrdə İsrailin müdafiə naziri Yoav Qallant qalmaqallı paylaşım edib.
Bu barədə Oxu.Az "Sondakika.com"a istinadən bildirir.
Məlumata görə, İsrail Müdafiə Qüvvələri iyulun 13-də HƏMAS-ın hərbi lideri Muhəmməd əd-Deyfin hava hücumu nəticəsində öldürüldüyünü açıqlayıb. Əd-Deyfin ölümünü ancaq son saatlarda təsdiq etdiklərini bildirən ordu rəsmiləri bununla bağlı açıqlama verdikləri dəqiqələrdə isə İsrailin müdafiə naziri bu paylaşımı edib.
Belə ki, Yoav Qallant "ölüm siyahıları"nın başında yer alan komandirin adının üstündən xətt çəkdiyi fotonu yayımlayıb.
"Qəzzanın Usamə Bin Ladeni Muhəmməd əd-Deyf 13.07.24 tarixində aradan götürüldü. Bu, HƏMAS-ın Qəzzada hərbi və inzibati orqan kimi ləğv edilməsi və bu müharibənin məqsədlərinə nail olunması prosesində mühüm mərhələdir", - deyə o, fotoya şərh verib.
"Əməliyyat İsrail Müdafiə Qüvvələri (İDF) və İsrail Təhlükəsizlik Agentliyi (İSA) tərəfindən dəqiq və peşəkar şəkildə həyata keçirilib. Bu əməliyyat HƏMAS-ın parçalanmaqda olduğunu və HƏMAS terrorçularının ya təslim ola biləcəyini, ya da məhv edilə biləcəyini əks etdirir. İsrailin müdafiə agentliyi oktyabr qətliamının həm planlaşdırıcıları, həm də icraçıları olan HƏMAS terrorçularının arxasınca düşəcək. Bu missiya tamamlanana qədər dincəlməyəcəyik", - deyə nazir əlavə edib.
"HƏMAS hərəkatı" teqi üzrə xəbərlər
- Antoni Blinken: "ABŞ İsrail və HƏMAS arasında danışıqları iki həftəyə başa çatdırmaq istəyir"
- HƏMAS və İsrail razılığa gəldilər: Qəzza zolağında saxlanılan girovlardan neçəsi azad ediləcək?
- HƏMAS İsrailə girovların siyahısını vermədi
- İsrail HƏMAS-ın razılığını gözləyir
- İsrail nümayəndə heyəti atəşkəs danışıqları üçün Qətərə gedir
Rəylər