İsrail Hərbi Hava Qüvvələri "Hizbullah" hərəkatına məxsus silah anbarına zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, "Hizbullah"ın silah anbarı Livanın cənubundakı Blida bölgəsində yerləşib.
Hücum zamanı hərəkatın Livan dövlətinin cənubunda da yerləşən digər hərbi hədəflərinin də vurulduğu bildirilib.
Rəylər