Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ucuz qiymətə avtomobil satmaq adı ilə insanları aldadan şəxs ƏLƏ KEÇDİ
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Azər Əliyev saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, adıçəkilən şəxs müxtəlif markalı avtomobillərin şəkillərini özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, dəyərindən ucuz qiymətə satılması barədə elan saytlarında məlumatlar yerləşdirib.
Zərərçəkənlərdən "beh" qismində müxtəlif məbləğlərdə pul əldə etdikdən sonra isə A.Əliyev onlarla əlaqəni kəsib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- BDYPİ-dən əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət
- Göyçayda narkotikin təsiri altında sərnişindaşıma ilə məşğul olan sürücü həbs olunub
- SON DƏQİQƏ: Hüquq-mühafizə orqanları cərrahlarla bağlı YOXLAMALARA BAŞLAYIR
- Daxili Qoşunlarda əməliyyat müşavirəsi keçirilib
- Bakıda kəsici alətlə evə hücum edən şəxs saxlanıldı
Ən çox oxunanlar
Rəylər