Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İsrail ordusu "Hizbullah" komandirini məhv edib
"Hizbullah" hərəkatının raket və bomba bölmələrinin səhra komandiri Hüseyn Əli Hüseyn İsrailin Livanın cənubunda endirdiyi zərbə nəticəsində öldürülüb.
Oxu.Az "osnmedia.ru"ya istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın Deyr Qanun bölgəsinə hücum ediblər.
Bundan əlavə, Əl-Taybə bölgəsində "Hizbullah"ın tərkibində fəaliyyət göstərən bir dəstə müəyyən edilərək hücuma məruz qalıb. Ordunun mətbuat xidməti həmçinin Bekaa bölgəsində hərəkatın bir neçə silah-sursat anbarına hücumlar təşkil edildiyini bildirib.
"İsrail-Fələstin münaqişəsi" teqi üzrə xəbərlər
- Trampın nümayəndəsi Qəzzada atəşkəs şərtlərini açıqladı
- İsrail Qəzzada hərbi əməliyyatları genişləndirmək istəyir
- Ceyhun Bayramov İsrail XİN rəhbərini sülh gündəliyi barədə məlumatlandırıb
- Qəzzaya yardım tədarükü atəşkəs əldə edilmədən bərpa oluna bilər
- İsrail Qəzzanın şərqində Əş-Şucaiyyədə quru əməliyyatına başladı