İsrail ordusu Livan və İrana eyni vaxtda genişmiqyaslı hava hücumları həyata keçirdiyini bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.
Məlumata görə, İranın və "Hizbullah"ın Beyrutdakı infrastruktur obyektlərinə zərbələr endirilir.
İsrail ordusu bu gün səhər saatlarında Beyrut yaxınlığında daha bir hücum dalğası həyata keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.
Məlumata görə, zərbələr Livan paytaxtının cənub ətrafında "Hizbullah"ın yerləşdiyi Dahiya yaşayış məntəqəsinə endirilib.
Hücumun hədəfləri "Hizbullah"ın qərargahı və silah anbarları olub.