İsrail Müdafiə Qüvvələri (SAXAL-IDF) Qəzza zolağında iki zərbə endirərək Fələstinin "İslami Cihad" qruplaşmasının kəşfiyyat tağımının komandirini və eyniadlı şəhərdə HƏMAS-ın hərbi qanadının komandirini öldürüb.
Oxu.Az xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zərbələr Qəzza şəhərinin Əş-Şati və Sabra rayonlarına endirilib.
Qeyd edilib ki, öldürülən şəxslər son vaxtlar, eləcə də bütün müharibə ərzində SAXAL hərbçilərinə və İsrailin dinc sakinlərinə hücum etməyə davam ediblər. Həmçinin onların atəşkəs rejiminin şərtlərini sistematik şəkildə pozaraq terrorçu bölmələrin döyüş qabiliyyətini bərpa etməyə çalışdıqları bildirilib.
"Zərbələr onların yaratdığı təhlükəni aradan qaldırmaq üçün endirilib", - deyə SAXAL-dan bildirilib.
Həmçinin əlavə edilib ki, zərbələrdən əvvəl mülki əhaliyə dəyən ziyanın minimuma endirilməsi üçün tədbirlər görülüb.