Sentyabrın 19-da Qəzza zolağındakı yüz minlərlə uşaq təxminən üç ildən sonra ilk dəfə əyani təhsilə qayıdıblar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi məlumat verib.
Məlumata görə, onlar dərsləri zədələnmiş binalarda, improvizə edilmiş məktəblərdə və çadırlarda keçirlər, bir çox ailələr isə məktəbli formaları, dəftərlər və qələmlər almaq üçün maddi imkana sahib deyillər.
Agentlik qeyd edir ki, dərslərin bərpa olunması münaqişədən sonra Qəzza zolağı üçün vacib, lakin həssas bir mərhələdir.