İyulun 12-də Qəzza Sahilində İsrail əsgərləri ilə Həmas arasında döyüş başlayıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu, İsrailin hava fələstin ərazilərinə bombardmanlarından sonra ilk quru həmləsidir.
İsrailin təyyarələrinin 6 gündür davam edən bombardmanlarında 149 nəfər həlak olub. Fələstin rəsmiləri onların çoxunun mülki şəxslər olduqlarını deyirlər. BMT Təhlükəsizlik Şurası dərhal atəşkəsə çağırıb. Amma nə İsrail ordusu, nə də Həmasın nəzarətində olan Qəzzadan bu çağırışa reaksiya verən yoxdur.