Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İsrail Qəzzada atəşkəsin uzadılması müqabilində HƏMAS-dan nə tələb etdi?
İsrail Qəzza zolağında atəşkəs rejiminin uzadılması müqabilində Fələstinin HƏMAS hərəkatından girov saxladığı 11 nəfəri azad etməyi, həmçinin həyatını itirən 16 əsirin cəsədini təhvil verməyi tələb edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı HƏMAS-dakı mənbəyə istinadən məlumat verib.
"İsrail HƏMAS-dan, eyni zamanda ABŞ vətəndaşlığına malik İsrail əsgəri İdan Aleksanderi də geri qaytarmağı tələb edib. Buna cavab olaraq isə İsrail ömürlük həbs cəzası çəkən 110 fələstinli məhbusu, həmçinin Qəzzada döyüşlər zamanı saxlanılan 1 100 məhbusu azad etməyə hazırdır", - deyə "Əl-Cəzirə" bildirib.
"İsrail" teqi üzrə xəbərlər
- İsraildə güclü meşə yanğınları başlayıb: Sakinlər təxliyə edilirlər
- Netanyahu yaxın günlərdə Azərbaycana rəsmi səfər edəcək
- İsraildə köpəkbalığı hücumu: Bir nəfər itkin düşüb
- HƏMAS Qəzzaya nəzarətdən imtina etməyə hazırdır
- Ukrayna İsraildən insanları qorumaq üçün preparat almağa qərar verdi: Nüvə zərbəsi gözlənilir?