Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İsrail tərəfindən vurulan Suriya təyyarəsinin pilotu ölüb - YENİLƏNİB
İsrailin baş naziri Binyamin Netanyahu Suriyadan mövcud razılaşmalara əməl olunmasını tələb edib.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin saytında məlumat yerləşdirilib.
Onun sözlərinə görə, İsrail hərbçiləri tərəfindən vurulan Suriya HHQ-nin qırıcısı İsrail ərazisinə daxil olub.
O həmçinin əlavə edib ki, İsrail hərbi əməliyyatların Suriyadan İsrailə daşınmasına yol verməyəcək.
Daha öncə İsrailin BMT-dəki nümayəndəsi Denni Dannon bildirmişdi ki, İsrail hərbçiləri Suriya qırıcısı ilə bir neçə dəfə əlaqə yaratmağa cəhd ediblər.
18.56
Bu gün İsrail ordusu tərəfindən vurulan, Suriyaya məxsus “Su-22” bombardmançı təyyarəsinin pilotlarından biri ölüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Al Masdar” xəbər portalına Suriyadakı hərbi mənbə bildirib.
İkinci pilotun taleyindən hələlik xəbər yoxdur. Ölən pilot Omran Murai adlı polkovnikdir.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Abbas Abbasov BMT-də Fransanın müstəmləkəçilik ərazilərindəki uşaqlara zorakılıqdan danışıb
- "Trampa bataqlığın qurudulmasında uğurlar" - ABŞ-də baş verənləri maraqla izləyirik
- Bernardo Mariano: "Süni zəka daha böyük problemləri həll edə bilər"
- Rosen Plevneliyev: "Süni intellekti insan amilindən üstün tutmaq, ən azından, etik addım deyil"
- BMT: "Azərbaycanla Ermənistan arasında müzakirələri alqışlayırıq"